BEYNELXALQ IDARETME SISTEMLERI
  Siziere Xidmetlerim ve Meslehetlerim...!
 
 
 

Ümumiyyətlə, bütün məsləhət layihələrimizdə aşağıdakı yanaşma müsbət nətıcələr nümaiş edir:

  • Qəbul olunmuş idarəetmə sistemini qiymətləndirilməsi və beynəlxalq standartın tələləri ilə müqaisə analizi
  • İlkin qiymətləndirmənin nəticələri haqqında hesabatın və layihənin iş qrafikinin təqdim olunması
  • Layihənin yerinə yetirilməsi üçün məsləhətçilərin seçilməsi
  • Sifarişçi təşkilatın bütün işçiləri üçün tanışlıq seminarların keçirilməsi
  • Şirkətin daimi işçilərindən ibarət olan layihə qrupunun rəsmi formalaşması
  • Layihə qrupunun üzvləri üçün ətraflı tədris proqramı
  • Qəbul olunmuş təşkilatı strukturun yoxlanılması və ya restrukturizasiya
  • Proseslərin identifikasiyası və səlahiyyətlərin paylanılması
  • Beynəlxalq standartın tələlərinə uyğun olaraq sənədlərin hazırlanılması
  • Rəsmiləşdirilmiş prosedur və təlimatların iş praktikasına tətbiq olunması
  • Daxili auditlər
  • Sertifikasiya orqanının seçilməsi və sənədlərin onlara təhvil verilməsi
  • Sertifikasiya auditləri
  • Uyğunsuzluqlar aşkar olunduqda, onların aradan qaldırılması
  • Sertifikasiya orqanından keçirilmiş auditlər haqqında müsbət hesabatın əldə edilməsi
  • Tətbiq olunmuş sistemin daimi təkmilləşməsi

MƏQSƏDİM: sizə nəyin səhv, nəyin xətalı və az olduğunu göstərməkdən ibarət deyil, sizə xas, inkişaf etdirici və təsirli həll yolları tapmaq və tətbiq etmək mövzusunda dəstək verməkdir.

Mahiyyətcə KİS şirkətin keyfiyyətinin idarəetməsi üzrə aşağıdakıları özündə birləşdirən sistemdir: 
bir-birinə qarşılıqlı təsir göstərən proseslər və prosedurlar, səriştəli heyət, təşkilati və texnoloji tədbirlər, planlar, sənədlər... Yəni təşkilatın öz fəaliyyəti məqsədlərinə nail olmaq üçün həyati dərəcədə ehtiyac duyduğu hər şey. İSO-yə uyğun gələn keyfiyyəti idarəetmə sistemi bütün maraqlanan tərəflərə (istehlakçılar, səhmdarlar, rəhbərlik, heyət, cəmiyyət, tərəfdaşlar və s.) fayda və mənfəət verir və istehlakçıların razılıq dərəcəsinin yüksəlməsinə xidmət edir.

 

MƏSLƏHƏT VERDİYİMİZ MÖVZULAR

ISO -9000: 2000

ISO-22000:2005 (HACCP-Hazard Analysis and Critical Control Points):

 

ISO 14001

Standartı, ətraf mühit idarə sistemlərinin standartlaşdırılması məqsədi ilə meydana gətirilmişidr. Zəruriliyi artmaqda olan mühitlə bağlı başqa bir standart isə EMAS`dır. (The European Management and Audit Scheme). ISO 14001 standartı, nəşr olunması ilə birlikdə yerli idarəetmə orqanları və vacib əhəmiyyətli müştərilər tərəfindən tələb edilməyə başlanmışdır.

ISO 14001 sistem standartını tətbiq edən müəssisələrdə;

  • Enerjidən istifadə azalır.
  • Çirkab sularından ətrafı quruyur.
  • Bacadan çıxan qazlardan ətarfı qoruyur.

 

 

 

 

MƏSLƏHƏT PROSESİNDƏ İŞ ARDICILLIĞIMIZ

I. HAZIRLIQ

  1. Sizi dinləyirik, problemlərinizi, məqsədlərinizi öyrənirik, fəaliyyətlərinizi müşahidə edirik. Düzəliş və tətbiq etmə üçün zəruri şərtləri və şəraitin kifayətliliyini və fürsətləri araşdırırıq.
  2. Məlumatları təhlil edirik, fikirləşirik, həll yolu və ya model təkliflər hazırlayıb sizə təqdim edirk.

II. PLANLAŞDIRMA

  1. Məqsədə nail olmaq üçün zəruri və uyğun alternativləri sizinlə birlikdə meydana gətiririk.
  2. Çalışmaları aparmaq üçün idarəetmə və əməliyyat səviyyəsində qruplar təşkil edirik. Məqsədimiz bilik və təcrübə atmosferində müştərək bir bölüşmə ruhuna nail olmaqdır.
  3. Yerinə yetiriləcək fəaliyyətləri bütöv şəkildə və təfərrüatı ilə birlikdə planlaşdırırıq.

III. TƏTBİQ ETMƏ

  1. Planlaşdırılan işləri tətbiq edirik.
  2. Qrup çalışması üçün münasib şəraiti yaradırıq. Tətbiq etmə məsələlərini həll edən qruplara alt layihələrin tətbiqini həvalə edirik.
  3. İrəliləməni və müvəffəqiyyətin səviyyəsini yoxlayırıq.

IV. NƏZARƏT

  1. Müntəzəm olaraq qruplarla və yuxarı səviyyədəki idarəçilərlə birlikdə yenilikləri müşahidə edirik. Zəruri hesab etdiyimiz düzəlişləri yerinə yetiririk.
  2. Uğurlarımızı bölüşürük.

   
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol