BEYNELXALQ IDARETME SISTEMLERI
  STANDARTLASDIRMA SISTEMLERI
 

STANDARTLAŞDIRMA SİSTEMLƏRİ

KEYFİYYƏT SİSTEMİ (KS)

  • İSO keyfiyyəti sistemi nə deməkdir?
  • KS-in tətbiq edilməsi nəticəsində əldə edilən üstünlüklər
  • Məsləhətçilər nəyə görə lazımdır?

KS-in YARADILMASINA DAİR MƏSLƏHƏTLƏRİN VERİLMƏSİ

  • KS-ə dair sənədlərin işlənməsi
  • KS-in işlənməsi prosesinə heyətin cəlb edilməsi
  • Müştərilərin və heyətin razılıq dərəcəsinin müəyyən edilməsi
  • KS təşkilatının gələcək təkmilləşdirməsi
  • Daxili auditlərin keçirilməsi

KEYFİYYƏT SİSTEMİNİN İŞLƏNMƏSİ VƏ TƏTBİQİ

Keyfiyyəti Sisteminin (KS) işlənməsində, tətbiqində və sertifikatlaşmaya hazırlanmasında, habelə yaradılmış və ya yaradılan sistemin avtomatlaşdırılmasında təşkilatlara ixtisaslı yardım göstərir.

Biz keyfiyyəti idarəetmə sistemləri üzrə peşəkar səriştəyə və praktik iş təcrübəsinə malik olan mütəxəssisləri öz şirkətimizdə birləşdiririk. Müştərilərinin tələbatını nəzərə alaraq və onların problemlərini və məqsədlərini bilərək səmərəli əməkdaşlığa şərait yaradır.

KEYFİYYƏT SİSTEMİ (KS)

Keyfiyyəti İdarəetmə Sistemi (KİS) – təşkilatın rəhbərliyi və müdiriyyəti üçün keyfiyyət üzrə idarəetmə sistemidir.

İSO standartları və onların sahə analoqları Azərbaycanda getdikcə daha geniş yayılırlar. Bu, bir sıra amil ilə əlaqədardır: rəhbərliyin şirkətin fəaliyyətini yaxşılaşdırmağa və mövcud idarəetmə sisteminin məhsuldarlığını artırmağa can atması, xarici tərəfdaşların və istehlakçıların tələbləri, tenderlərin şərtləri və həmin şərtlərin ən əsaslarından biri olaraq, İSO standartına və ya onun sahə analoqlarına uyğunluğun sertifikatlaşdırılması və bir çox digər amil və onların məcmusu. İstənilən halda, keyfiyyəti idarəetmə sistemini yaradarkən, təşkilat fayda və mənfəətlər qazanır.

KEYFİYYƏT SİSTEMİ NƏ DEMƏKDİR?
İSO silsiləsindən olan standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization, ISO) tərəfindən işlənib hazırlanmışdır.

Mahiyyətcə KS şirkətin keyfiyyətinin idarəetməsi üzrə aşağıdakıları özündə birləşdirən sistemdir: bir-birinə qarşılıqlı təsir göstərən proseslər və prosedurlar, səriştəli heyət, təşkilati və texnoloji tədbirlər, planlar, sənədlər... Yəni təşkilatın öz fəaliyyəti məqsədlərinə nail olmaq üçün həyati dərəcədə ehtiyac duyduğu hər şey. İSO yə uyğun gələn keyfiyyəti idarəetmə sistemi bütün maraqlanan tərəflərə (istehlakçılar, səhmdarlar, rəhbərlik, heyət, cəmiyyət, tərəfdaşlar və s.) fayda və mənfəət verir və istehlakçıların razılıq dərəcəsinin yüksəlməsinə xidmət edir.

 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol