BEYNELXALQ IDARETME SISTEMLERI
  ISO-22000:2005 (HACCP) nedir?
 

ISO-22000:2005 (HACCP) nədir?

ISO-22000:2005 nədir?
ISO-22000:2005 qida sənayesi üçün özünənəzarət sistemi olaraq, qida təhlükəsiziliyi və qida çirklənməsi ilə bağlı problemlərin aradan qaldırılmasına əsaslanır. Bu, qida təhlükəsiziliyinə təminat vermə sistemidir. Bu sistem insan sağlamlığı üçün potensial təhlükələrin qarşısının alınması üçün müəyyən edilmiş fəaliyyətlərə əsaslanır. Bu fəaliyyətlərin bəzisi məcburidir və istehlakçılar üçün təhlükəsiz qidaya təminat vermək məqsədilə dövlət tərəfindən tələb edilir. Qanunla bağlı belə işlərdə qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələr bu tələblərə riayət etməlidirlər.


ISO-22000:2005 sisteminin beynəlxalq əhəmiyyəti
ISO-22000:2005 - qida təhlükəsizliyinə təminat vermək üçün ən səmərəli vasitə kimi beynəlxalq miqyasda qəbul edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı ISO-22000:2005-ı dünya üzrə qida təhlükəsizliyinə təminat verən seçim sistemi kimi aydın şəkildə müəyyən etmişdir..


ISO-22000:2005 – ın məqsədi
ISO-22000:2005 - qida istehsalı təhlükələrinin araşdırılması, qiymətləndirilməsi və qarşısının alınmasına mütəmadi yanaşmadan ibarət sistemdir. ISO-22000:2005 qəbul edilməli ümumi prinsip və metodları müəyyən edir. Bu prinsip və metodları tətbib etməklə hər bir təşkilat özünün iş təcrübəsinə, şəraitnə və istehsal üsuluna xas olan sistemi həyata keçirə bilər. ISO-22000:2005 qida təhlükəsizliyinin praktiki təminat və həyata keçirmək üçün menecment imkanını verən təhlillər sistemidir.


ISO-22000:2005-ın prinsipləri
ISO-22000:2005 qida istehsalı zamanı kritik nöqtələri müəyyən etməklə bütün qida istehsalı mərhələlərinin (xam materialın emalından tutmuş qida məhsullarının istehsalına və onların müştərilərə çatdırılmasına qədər) sistematik şəkildə qiymətləndirilməsini nəzərdə tutur. Beləliklə, ISO-22000:2005 yalnız son məhsulun yoxlanmasını deyil, bütün istehsal və çatdırılma proseslərində qida təhlükəsizliyinə nəzarət etmə sistemidir.
ISO-22000:2005 yeddi prinsip əsasında qurulmuşdur:
- Bioloji, kimyəvi və fiziki olaraq bütün potensial qida təhlükələrinin müəyyənləşdirilməsi
- Xammal, anbarlar, istehsal prosesi, çatdırılma və istehlak mərhələlərində kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi
- Kritik nəzarət limitlərinin və preventiv addımların müəyyənləşdirilməsi, məsələn minimum bişmə temperaturu və zamanı
- Kritik nəzarət nöqtələrinin monitorinqi
- Korrektiv addımların müəyyənləşdirilməsi
- Qeydlərin aparılması
- Sistemin müstəqil üçüncü tərəf vasitəsilə sistematik və müntəzəm olaraq yoxlanılması


ISO-22000:2005 kimə lazımdır?
Hal-hazırda istehlakçılar tərəfindən göstərilən tələb ərzaq istehsalçılarını və ümümiyyətlə qida sektorunda işləyən bütün digər strukturları daha təhlükəsiz ərzaq menecmenti sistemlərini, məsələn ISO-22000:2005-ı tətbiq etməyə sövq edir. ISO-22000:2005 Avropa, ABŞ və bəzi Asiya ölkələrində ərzaq ilə bağlı bütün biznes sahələri üçün vacibdir və bu ölkələrin bazarlarına girmək istəyən hər hansı bir ərzaq istehsalçısı mütləq bu sistemə malik olmalıdır.


ISO-22000:2005-ın faydaları:
- ISO-22000:2005 qida istehsalı ilə əlaqədar risklərin azaldılması və qida çirklənməsi və zəhərlənməsi mümkünlüyünün qarşısının alınması üçün ən səmərəli vasitədir;
- ISO-22000:2005 qida istehsalında istehsal xərclərinin aşağı salınmasına apara bilər, çünki texniki resurslar kritik nöqtələrdə cəmlənmişdir;
- ISO-22000:2005 istehsal itkilərini azalda bilər, belə ki, problemlər daha sonra deyil, məhz istehsal gedişində müəyyən və həll edilə bilər;
- ISO-22000:2005 sertifikatlaşdırılması müştərilər üçün qida təhlükəsizliyinin düzgün idarə edilməsini nümayiş etdirəcəkdir;
- ISO-22000:2005 bazar payının artmasına köməklik göstərəcəkdir;
- ISO-22000:2005 sertifikatlaşdırılması Avropa, ABŞ və bəzi Asiya ölkələrinin bazarlarına daxil olmaq üçün ön şərtdir.
ISO-22000:2005 sistemini öz müəssisənizdə tətbiq edib-etməməyi qərara alarkən yadda saxlayın ki, ISO-22000:2005 qida təhlükəsizliyini təmin etmək üçün seçim sistemi kimi beynəlxalq miqyasda qəbul edilmişdir. Sertifikatlaşdırılmış ISO-22000:2005 sistemi ictimaiyyətə müştərilərin təhlükəsizliyi üçün sizin narahatlığınızı nümayiş etdirəcəkdir.


ISO-22000:2005-ın həyata keçirilmə prosesi
Mərhələ
1) İnsan sağlamlığı üçün bütün potensial təhlükələ müəyyən edilməsi
2) Təhlükəni və onun ciddiliyini müəyyənləşdirilməli
3) Onun yaranma ehtimalı dəqiqləşdirilməli
4) Daha sonra riski - təhlükənin baş vermə mümkünlüyünü və baş verə biləcək nəticələri müəyyən etməli

 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol